İtaliya klubu həvəskarlar liqasına göndərildi

İtaliya klubu həvəskarlar liqasına göndərildi
İtaliyanın "Kyevo" klubu müflis elan edilərək Seriya B-dən kənarlaşdırılıb. 
Fanat.Az "Football İtaliya"ya istinadən xəbər verir ki, klub qərara etiraz etməyə çalışıb, lakin məhkəmə apellyasiyanı təmin etməyib. "Kyevo"nun yerinə B Seriyasında "Kozentsa" klubu çıxış edəcək. 
Verona təmsilçisi isə həvəskarlar liqasında - Seria D-də mübarizəyə başlayacaq. 
İtaliyanın bütün klubları növbəti mövsümə başlamamışdan öncə maliyyə durumunun sabit olması barədə hesabat vermək məcburiyyətindədir.
Xatırladaq ki, ötən mövsüm "Kyevo" klubu B Seriyasında 38 oyuna 56 xal yığaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşmışdı.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər