İtaliya A Seriyasında mübarizə aparan "Kyevo”nun hesabından 3 xal silinib və klub 200 min avro məbləğində cərimələnib.
Fanat.Az xəbər verir ki, İtaliya klubu maliyyə fırıldaqçılığına görə cəzalanıb.
Daha əvvəl İtaliya Futbol Federasiyası "Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırmışdı.
Qeyd edək ki, cərimə tətbiq olunduqdan sonra "Kyevo” komandası A Seriyasında -2 xal ilə sonuncu pillədə qərarlaşacaq.
Fanat.Az