İtaliya klubu 17 milyona gənc istedad alır

İtaliya klubu 17 milyona gənc istedad alır

İtaliyanın "Atalanta" klubu heyətini gənc ulduzla gücləndirməyə hazırlaşır.

Fanat.Az "BT Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi Avstriya "Şturm"unun 19 yaşlı hücumçusu Rasmus Höylunnu transfer etmək üzrədir.

Xəbər görə, danimarkalı istedad bu gün İtaliyaya yollanacaq. Mənbə sözügedən futbolçunun "Atalanta"ya 17 milyon avroya başa gələcəyini açıqlayıb.

Qeyd edək ki,  Höylunn "Şturm"a bu ilin qışında, 1,5 milyon avro qarşılığında "Kopenhagen"dən keçib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər