İtaliya milli komandasının Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək heyətində homoseksuallar var. Fanat.az xəbər verir ki, bu iddia ilə İtaliyanın məşhur teleaparıcısı Alessandro Çekki Paone çıxış edib.
Teleaparıcı həmin şəxslərin adlarını açıqlamaq istəməyib: "İtaliya yığmasının DÇ üçün açıqlanan ilkin siyahısında "mavi"lər var. Amma məndən onların adını soruşmayın. Çünki şəxsi həyatın toxunulmazlığı haqqında qanun var. Mən həm də xoşagəlməz halın yaşanmasını istəmirəm".
İtaliya Futbol Federasiyası hələlik teleaparıcının açıqlamsına münasibət bildirməyib.
Fanat.az