İtaliya A Seriyasının 2020-2021 mövsümü yeni formatda keçirilə bilər.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, yeni mövsümün planlaşdırıldığı tarixdə - sentyabrın 12-də startı baş tutmasa, çempionatın iki diviziona bölünməsi ehtimalı yarana bilər. Belə olan halda, qalib pley-off mərhələsi sonunda müəyyənləşəcək.
Koronavirus pandemiyası səbəbindən A Seriyasına fasilə verilmişdi. Çempionatın 20 iyunda "Torino" - "Parma" matçı ilə bərpa ediləcəyi gözlənilir.
Fanat.Az