İtaliya A Seriyasında mövsümün ən yaxşı məşqçisi açıqlandı

İtaliya A Seriyasında mövsümün ən yaxşı məşqçisi açıqlandı

İtaliya A Seriyasında 2022/23 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az sözügedən liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Napoli" ilə çempionluq sevinci yaşayan Luçano Spallettidir.

Neapol təmsilçisinə tarixinin 3-cü Skudettosunu qazandıran mütəxəssisə mükafat iyunun 4-də keçiriləcək 38-ci turun matçında - "Sampdoriya" ilə görüşdə təqdim ediləcək.

İtaliya A Seriyasında mövsümün ən yaxşı məşqçisi açıqlandı

Qeyd edək ki, Spalletti daha öncə cari mövsümün sonunda postunu tərk edəcəyini və azı 1 il heç yerdə işləməyəcəyini deyib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər