İtaliya A Seriyası: "Latsio" "Parma"nı yenə bilmədi

İtaliya A Seriyası: "Latsio" "Parma"nı yenə bilmədi

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Udineze” – “Bolonya” və “Latsio” – “Parma” görüşlərində bərabərlik qeydə alınıb. “Verona” isə öz meydanında “Kalyari”yə yenilib.

Hazırda A Seriyasının turnir cədvəlinə 74 xalı olan “Napoli” başçılıq edir. “İnter” 71 xalla 2-ci, “Atalanta” (65 xal) 3-cü yerdədir. “Yuventus” 62, “Bolonya” 61, “Roma” və “Latsio” 60, “Fiorentina” 59, “Milan” 54, “Torino” isə 43 xal toplayıb.

İtaliya A Seriyası 34-cü tur 27 aprel

Komo – Cenoa 1:0 Qol: Strefezza, 59.

Venesiya – Milan 0:2 Qollar: Pulişiç, 5. S.Ximenes, 90+6.

Fiorentina – Empoli 2:1 Qollar: Adli, 7. Mandraqora, 25 – Fazzini, 57.

İnter – Roma 0:1 Qol: Sule, 22.

Yuventus – Montsa 2:0 Qollar: N.Qonsales, 11. Kolo Muani, 33.

Atalanta – Leççe 1:1 Qollar: Reteqi, 69-pen – Karlsson, 29-pen.

Napoli – Torino 2:0 Qollar: Maktominey, 7; 41.

28 aprel

Udineze – Bolonya 0:0

Latsio – Parma 2:2 Qollar: Pedro, 79; 84 – Ondreyka, 3; 46.

Verona – Kalyari 0:2 Qollar: Pavoletti, 30. Deyola, 90+3.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər