İtaliya A Seriyası qeyri-müəyyən müddətə təxirə salındı

İtaliya A Seriyası qeyri-müəyyən müddətə təxirə salındı
İtaliya A Seriyasının rəhbərliyi mövsümün bərpasını müzakirə etmək üçün müşavirə keçirib.
Fanat.Az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, toplantıda çempionatın və İtaliya Kubokunun qeyri-müəyyən müddətə təxirə salınması qərara alınıb. Koronavirus pandemiyasının ölkədəki inkişaf tempindən asılı olaraq qərarda dəyişiklik edilə bilər.
Daha əvvəl A Seriyasının 24 mayda bərpa olunacağına dair xəbərlər yayılmışdı.
Son məlumatlara görə, İtaliyada 120 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 14 mini keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər