İtaliya A Seriyası 20 iyunda bərpa ediləcək.
Fanat.Az A Seriyasının saytına istinadən xəbər verir ki, mövsümün qalan hissəsinin təqvimi təsdiqlənib. Çempionat iyunun 20-də 25-ci turdan təxirə salınmış oyunlarla bərpa olunacaq. İlk olaraq, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək "Torino" - "Parma" görüşü keçiriləcək. Eyni günə daha bir matç təyin olunub. 23:45-də "Verona" "Kalyari" ilə qarşılaşacaq.
İyunun 21-də təxirə salınmış digər qarşılaşmalar - "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya" - oynanılacaq. Bütün komandalar oyun saylarını 26-ya çatdırdıqdan sonra növbəti tur başlayacaq.
İndilik 36-cı tura qədər olan oyun cədvəli açıqlanıb.
Qeyd edək ki, 26 turdan sonra aktivində 63 xal olan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İkinci "Latsio" liderdən bir xal geri qalır.
Fanat.Az