A Seriyası, İtaliya Futbol Federasiyası və ölkənin digər futbol liqalarının rəhbərlərinin iştirakı ilə mövsümün gələcəyini müzakirə etmək üçün iclas keçirilib.
Fanat.Az İtaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, mövsüm bərpa olunduqdan sonra turnirlər yenidən dayandırılacağı təqdirdə, bütün milli liqaların qısa pley-off formatında keçirilməsi qərara alınıb. Sözügedən mərhələ ayrı-ayrılıqda turnir cədvəlinin yuxarı və ən aşağı pillələrindəki komandalar arasında oynanılacaq.
A Seriyasında mövsümün avqustun 20-dək bitməsi planlaşdırılır. Belə olan halda, 2020-21 mövsümü sentyabrın 1-də başlaya biləcək.
İtaliya çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Mövsümün 20 iyunda bərpa olunacağı gözlənilir.
Fanat.Az