"Leççe" İtaliya A Seriyasının 38-ci turu çərçivəsində oynanılan matçda "Parma"ya 3:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, mövsümü 35 xalla tamamlayan "Leççe" 18-ci pilləni tutaraq A Seriyası ilə vidalaşan sonuncu klub olub. "Verona"ya 3:0 hesabı ilə qalib gələn "Cenoa" isə çempionatda qalmağı bacarıb.
Qeyd edək ki, daha öncə "Breşiya" və SPAL-ın B Seriyasına düşəcəyi dəqiqləşmişdi.
Fanat.Az