İtaliya A Seriyası ilə bağlı yekun qərar verildi

İtaliya A Seriyası ilə bağlı yekun qərar verildi
İtaliya A Seriyası Şurasının növbəti iclası keçirilib.
Fanat.Az A Seriyasının saytına istinadən xəbər verir ki, mövsümün tamamlanmasına dair təklif çempionatda iştirak edən bütün klublar tərəfindən yekdilliklə qəbul olunub. Yerli hökumət qurumları razılıq verdikdən və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra Skudetto qaldığı yerdən davam edəcək.
Bir müddət öncə "Torino", "Sampdoriya", "Bolonya", "Parma", SPAL, "Breşiya", "Fiorentina" və "Udineze" klublarının mövsümün nəticələrinin ləğvini istədiyinə dair xəbərlər yayılmışdı. Daha sonra "Parma" və "Fiorentina" iddiaları rədd etmişdi.
Qeyd edək ki, İtaliya A Seriyası Avropada koronavirus pandemiyası səbəbindən dayandırılan ilk çempionatlardandı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər