"Qalatasaray" növbəti transferini reallaşdırır. Fanat.az xəbər verir ki, İstanbul klubu Eren Derdiyoku heyətinə qatır.
Bu barədə klub bu gün rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Eren Derdiyokun transferi üçün klubu "Kasımpaşa" və futbolçunun özü ilə danışıqlar başlayıb.
Türk klublarının bu tip açıqlamaları transfer yekunlaşmaq üzrə olduğu vaxt yaydığını nəzərə alsaq, "Qalatasaray"ın Eren Derdiyokla qısa zamanda müqavilə imzalayacağını deyə bilərik.
Qeyd edək ki, türk əsilli futbolçu 1988-ci ildə İsveçrənin Bazel şəhərində doğulub. Karyerası ərzində İsveçrənin "Old Boys", "Bazel", Almaniyanın "Bayer" və "Hoffenhaym" klublarında çıxış etmiş Eren 2014-cü ildə 2,5 milyon avroya Leverkuzen təmsilçisindən "Kasımpaşa"ya transfer olunub. Hazırda "Transfermarkt"ın 4,6 milyon avro qiymət qoyduğu 28 yaşlı hücumçunun 2010-cu ildə dəyəri 10 milyon avro olub. O, ötən mövsüm "Kasımpaşa"nın heyətində meydana çıdığı 32 rəsmi oyunda 14 qol vurub.
Eren 2008-ci ildən İsveçrə millisində dəvət olunur. Bu müddətdə 50 oyuna çıxan forvard 10 qol vurub.
Fanat.az