"Fiorentina” yeni futbolçu alıb.
Fanat.Az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, florensiyalılar İngiltərənin "Vest Hem” klubunun yarımmüdafiəçisi Edimilson Fernandesi rənglərinə bağlayıb.
22 yaşlı xavbek mövsümün sonunadək icarəyə götürülüb.
İsveçrənin "Sion” klubunun yetirməsi olan Edimilson "Vest Hem”də 2016-cı ildən çıxış edir. Gənc futbolçu İsveçrə yığmasına da çağırılır.
Fanat.Az