İsveçrə klubunda FETÖ əməliyyatı: baş məşqçi qovuldu

İsveçrə klubunda FETÖ əməliyyatı: baş məşqçi qovuldu

Türkiyədəki FETÖ əməliyyatları İsveçrə futboluna da sıçrayıb. Fanat.Az xəbər ki, "Vil" klubu haqqında həbs qərarı verilmiş Uğur Tütünekerin müqaviləsini birtərəfli qaydada pozub.

Son illərdə türk və Türkiyədə forma geyinmiş futbolçuları heyətinə qatan İsveçrə klubu bu qərarı İstanbul Prokurorluğunun Uğur Tütünekerin həbsi ilə bağlı qərar qəbul etməsindən sonra verib.

"Baş məşqçimiz Uğur Tütüneker haqqında Türkiyədə qəbul olunan həbs qərarı səbəbindən müqaviləsi klub tərəfindən pozulub" deyə "Vil"in açıqlamasında bildirilir.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olmuş Uğur Tütüneker peşəkar karyerasını "Qalatasaray"da keçirib (1986-1996) və Türkiyə millisində oynayıb (1986-1992). Bu ildən "Vil"ə başçılıq edən 53 yaşlı mütəxəssis Türkiyənin bir çox klublarını çalışdırıb. O, Fətullah Gülənin futboldakı ən yaxın adamlarından biri hesab olunurdu.

Onu da qeyd edək ki, İstanbul Prokurorluğu bu gün Uğur Tütünekerdən başqa daha 2 sabiq "Qalatasaray"lı - Arif Erdem və İsmail Demirizlə bağlı həbs qərarı çıxardıb. Daha əvvəl isə Hakan Şükürlə bağlı eyni qərar verilmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər