İsveçrə Ali Məhkəməsi rusların şikayətini təmin etmədi

İsveçrə Ali Məhkəməsi rusların şikayətini təmin etmədi

İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının (RFİ)  ölkənin klub və yığmalarının FİFA və UEFA bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətinə baxıb.

Fanat.Az TASS-a istinadən xəbər verir ki, məhkəmə RFİ-nin şikayətini təmin etməyib.

CAS-ın çıxardığı bu qərardan sonrakı 30 gün ərzində şikayət verməli olan rusların gecikdiyi əsas gətirib.

Xatırladaq ki, FİFA və UEFA  Ukrayna ərazisini işğal edən Rusiyanın təmsilçilərini 28 fevral 2022-ci il tarixindən bütün turnirlərdən kənarlaşdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər