Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Göteborq" Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün vəziyyəti ilə bağlı UEFA-ya şikayət edib. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Frank Andersson məlumat verib.
Baş məşqçi bildirib ki, komandasının böyükhesabla məğlub olmasının tək səbəbi qazonun vəziyyəti deyil. Buna baxmayaraq, onlar UEFA-ya şikayət etmək qərarına gəliblər.
Fanat.Az