"İstəyirəm ki, Holand bütün rekordları qırsın"

"İstəyirəm ki, Holand bütün rekordları qırsın"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İPL-in 31-ci turunda baş tutan "Lester"lə matçda dubl edən Erlinq Holandın məhsuldarlığından danışıb.

Fanat.Az xəbər verir ki, "City Zone" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:

"İstəyirəm ki, Holand bütün rekordları qırsın. Çünki belə olsa, o, bizə daha çox kömək edəcək. Ancaq məncə, Erlinq daha çox "Mançester Siti" ilə titullar qazanmaq istəyir. Əvəzlənməsinə reaksiyası necə oldu? Həmişəki kimi mükəmməl".

Qeyd edək ki, MS çempionatın turnir cədvəlində ikinci pillədə mövqe tutub. Qvardiolanın yetirmələri "Arsenal"dan 3 xaı geri qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər