"İstəməzdim ki, bütün stadion Messiyə qarşı olsun" - PSJ-nin prezidenti

"İstəməzdim ki, bütün stadion Messiyə qarşı olsun" - PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi DÇ-2022-nin qalibi Lionel Messi üçün "Park de Prens''də niyə təbrik mərasimi keçirilmədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" klub prezidentinin sözlərini belə çatdırıb:

"Mən əvvəllər də bu məsələ ilə bağlı açıqlama vermişəm. Messi hesab edə bilər ki, onun çempion olmasını arzuladığı səviyyədə qeyd etməmişik. Amma unutmayaq ki, biz Fransadayıq. O,  DÇ-ni Kilian Mbappeyə qarşı final matçına çıxaraq qazanıb. Biz Fransa klubuyuq. İstəməzdim ki, bütün stadion Messiyə qarşı olsun".

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Leo hazırda "İnter Mayami"nin futbolçusudur.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər