"İstədiyim kimi oynaya bilmədim" - Mahir Emreli

"İstədiyim kimi oynaya bilmədim" - Mahir Emreli

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) yoxlama oyunu çərçivəsində "Nafta"nı 3:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisinin sonuncu qolunun müəllifi olan Emreli matçdan sonra klubun mətbuat xidmətinə danışıb. 

O, açıqlamasında qol vursa da, istədiyi kimi oynaya bilmədiyini deyib:

“Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm. Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər