İsrail millisində yeni baş məşqçi

İsrail millisində yeni baş məşqçi

İsrail millisinin yeni baş məşqçisi müəyyənləşib. Komanda Elişa Leviyə həvalə olunub.

58 yaşlı mütəxəssis yeni vəzifəsində 2011-2015-ci illərdə İsrail yığmasında çalışmış Eli Qutmanı əvəzləyib. Leviyə 4 illik müqavilə təklif olunub. Ancaq İsrail Futbol Federasiyası komandanın "DÇ-2018"in seçmə mərhələsində uğursuz çıxış edəcəyi təqdirdə sözləşmə ləğv olunacaq.

Qeyd edək ki, "Makkabi" (Hayfa) ilə iki dəfə İsrail çempionatını qazanan Levinin son komandası "Hapoel" (Beer-Şeva) olub.(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər