İsrafilovsuz “Kadis” heç-heçə etdi

İsrafilovsuz “Kadis” heç-heçə etdi

Futbol üzrə İspaniya ikinci liqasında XI turun oyunları baş tutub. Fanat.Az  xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" növbəti matçını evdə keçirib.

"UCAM Mursiya"nı qəbul edən “Kadis” yekunda 1 xal qazanıb – 2:2. İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Kadis" 11 turdan sonra 11 xalla 19-cu pillədə qərarlaşıb.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər