AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 9 matç baş tutub.
C qrupunda lider Slovakiya Makedoniyanı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. İspaniya səfərdə Belarusdan üstün olub - 1:0. Ukrayna isə evdə Lüksemburqu 3:0 hesabı ilə darmadağın edib.
E qrupuna başçılıq edən İngiltərə bu dəfə səfərdə ikinci pillədə qərarlaşan Sloveniyaya qalib gəlib - 3:2. Sloveniyanın qonağı olacaq. Bundan istifadə edən İsveçrə Litvaya 2:1 hesabı ilə qalib gələrək ikinci pilləni ələ keçirib. Estoniya isə San Marinonu 2:0 hesabı ilə üstələyib.
G qrupunda lider Avstriya səfərdə şimal qonşumuz Rusiyanı udub - 1:0. İkinci pillədə qərarlaşan İsveç Çernoqoriyanı 3:1 hesabı ilə yenib. Liхtenşteyn - Moldova oyunu isə 1:1 hesabı ilə yekunlaşıb.
AVRO-2014
Seçmə mərhələ
14 iyun
C qrupu
Ukrayna - Lüksemburq 3:0
Qollar: Artem Kravets, 49. Denys Qarmaş, 57. Yevgeni Konoplyanka, 86.
Belarus - İspaniya 0:1
Qol: David Silva, 45.
Slovakiya - Makedoniya 2:1
Qollar: Kornel Salata, 8. Marek Hamşik, 38 - Arian Ademi, 69.
Qırmızı vərəqə: Ferhan Hasani, 84 (Çernoqoriya).
| 1. | Slovakiya | 6 | 6 | 0 | 0 | 13:3 | 18 |
| 2. | İspaniya | 6 | 5 | 0 | 1 | 15:3 | 15 |
| 3. | Ukrayna | 6 | 4 | 0 | 2 | 9:2 |