İspaniya Superkubokunda əlavə vaxt oynanılmayacaq

İspaniya Superkubokunda əlavə vaxt oynanılmayacaq

İspaniya Futbol Federasiyası ölkə Superkuboku finalında əlavə vaxtı ləğv edib.

Fanat.Az xəbər verir ki, yeni qaydalara əsasən həlledici matçların əsas vaxtı heç-heçə bitərsə, oyunsonrası penaltilərə müraciət ediləcək.

Qeyd edək ki, 2019/2020 mövsümdən bu yana İspaniya Superkubokunda 4 komanda mübarizə aparır. Turnirin son qalibi "Real Madrid" olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər