İspaniya Primyerası: Lider büdrədi, "Real"la, "Barsa" ümidləndi

İspaniya Primyerası: Lider büdrədi, "Real"la, "Barsa" ümidləndi
İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, .üçüncü oyun günündə dörd görüş reallaşıb.
 
"Vilyarreal” öz meydanında "Osasuna”ya, "Valyadolid” isə "Qranada”ya yenilib. "Valensiya” – "Real Sosyedad” qarşılaşması dörd qollu heç-heçə ilə yekunlaşıb.
 
Lider "Atletiko” "Betis”lə səfər matçında xal itirib.
 
Beləliklə, "Real"la əzəli rəqibi arasındakı xal fərqi 1-ə düşüb. Hazırda ilk pillədəki mövqeyi zəifləyən "hindular"ın 67, "kral klubu"nun 66 xalı var. Bu mənzərə "Barselona"nı da ümidləndirir. Kataloniya təmsilçisi son "klasiko"da yenildiyi "Real"dan cəmi 1 xal geridədir.
 
İspaniya La Liqası
30-cu tur
9 aprel
 
Hueska – Elçe 3:1
Qollar: Mir, 3; 88-pen. Ramires, 30 – Vavro, 4-öz qapısına.
 
10 aprel
 
Xetafe – Kadis 0:1
Qol: Kopovi, 64-öz qapısına.
 
Atletik – Alaves 0:0
 
Eybar – Levante 0:1
Qol: De Frutos, 45+2.
 
Real – Barselona 2:1
Qollar: Benzema, 13. Kroos, 28 – Minquesa, 60.
 
11 aprel
 
Vilyarreal – Osasuna 1:2
Qollar: Qarsiya, 70 – Monkayola, 64. Budimir, 74.
 
Valensiya – Real Sosyedad 2:2
Qollar: Vass, 60-pen. Paulista, 73 – Gevara, 33. İsak, 45.
 
Valyadolid – Qranada 1:2
Qollar: Orelyana, 41-pen – Molina, 78. Kini, 86.
 
Betis – Atletiko 1:1
Qollar: Tello, 20 – Karrasko, 5.
 
12 aprel
 
23:00 Selta – Sevilya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər