İspaniya nəhəngləri seneqallı müdafiəçini istəyirlər

İspaniya nəhəngləri seneqallı müdafiəçini istəyirlər

Müqavilə ilə "Betis"ə məxsus olan, hazırda icarə əsasında "Rayo Valyekano"nun uğurları üçün çalışan mərkəz müdafiəçisi Nobel Mendi iki İspaniya nəhənginin tranafer siyahısına düşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Х" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Məlumata görə, 21 yaşlı seneqallı futbolçunun xidmətində "Barselona" və "Atletiko Madrid" maraqlıdır. 

Cari mövsüm bütün turnirlərdə 15 matça çıxan Mendi 2 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər