İspaniya nəhəngindən Kenan Yıldız bombası

İspaniya nəhəngindən Kenan Yıldız bombası

"Kral klubu" gələcəyin böyük ulduzu hesab olunan Kenan Yıldızı heyətinə qatmaq üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport"un yaydığı məlumata görə, "Real Madrid" türkiyəli gənc istedadı transfer edərək ona komandanın simvolik 10 nömrəli formasını həvalə etmək istəyir.

Bildirilir ki, Kenan Yıldız prezident Florentino Perezin "xəyallarındakı oyunçu" profilinə tam uyğun gəlir.

Madrid təmsilçisi bu transferlə həm hücum xəttini gücləndirməyi, həm də uzunmüddətli perspektivdə komandanın əsas simalarından birini formalaşdırmağı hədəfləyir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər