İspaniya nəhəngi Vitinya üçün bu məbləği ödəməyə hazırdır

İspaniya nəhəngi Vitinya üçün bu məbləği ödəməyə hazırdır

PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" maraqlıdır.

İspaniya təmsilçisinin prezidenti Florentino Peres 25 yaşlı yarımmüdafiəçi üçün 120 milyon avro ödəmək niyyətindədir.

Sözügedən oyunçunun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Vitinya cari mövsüm PSJ forması ilə 32 matça çıxaraq 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər