İspaniya nəhəngi Qrinvudu istəyir - SON DURUM

İspaniya nəhəngi Qrinvudu istəyir - SON DURUM

"Olimpik Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az "TBR Football"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır.

Məlumata görə, "blauqrana"nın skautları Meysonun çıxışını "Marsel"in "Havr"ı darmadağın etdiyi (6:2) qarşılaşmada canlı izləyiblər. Mənbə Kataloniya təmsilçisinin Qrinvudu 2023/2024 mövsümündə icarə əsasında "Xetafe"də çıxış edərkən də diqqətdə saxladıqlarını xatırladıb.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm Liqa 1 komandasının forması ilə 10 matça çıxaraq 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər