"Barselona"nın müdafiəçisi Jül Kunde növbəti transfer pəncərəsində komandasını tərk etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Jerar Romero yayıb.
Mənbənin məlumatına görə, fransalı rəhbərlikdən onun transferi ilə bağlı bütün təklifləri dinləməyi xahiş edib.
Kunde müdafiənin sağ cinahında oynadığına görə narazılıq bildirib. Fransız doğma mərkəz müdafiəçisi mövqeyində oynamaq istəyir. "Barselona"ya keçməzdən əvvəl o, məşqçilər korpusundan müdafiənin mərkəzində oynayacağına dair zəmanət alıbmış.
"Barselona" artıq futbolçusuna qiymət qoyub. Kataloniyalılar Kundenin xidmətində maraqlı olacaq klublardan 80 milyon avro alacaq.
Mirağa