İspaniya nəhəngi MY-nin icarəyə verdiyi ulduzu alır - MƏBLƏĞ

İspaniya nəhəngi MY-nin icarəyə verdiyi ulduzu alır - MƏBLƏĞ

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, hazırda icarə əsasında "Aston Villa"nın formasını geyinən Markus Raşford karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu iddia "Fichajes" nəşrinə məxsusdur. 

Məlumata görə, onun xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya təmsilçisinin 27 yaşlı cinah hücumçusu üçün "qırmızı şeytanlar"a 40 milyon avro təklif etməyə hazır olduğunu vurğulayıb. "Barsa"nın İngiltərə millisinin üzvünü bu qış heyətinə qatmaq haqda düşündüyü, lakin maddi çətinliklər səbəbindən transferin ertələndiyi bilidirilib.

Qeyd edək ki, cari mövsüm Raşford "Mançester Yunayted" və "Aston Villa"nın sıralarında ümumilikdə 40 matça çıxaraq 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər