İspaniya nəhəngi Le Normanın klubu ilə danışıqlara başladı

İspaniya nəhəngi Le Normanın klubu ilə danışıqlara başladı

"Real Sosyedad"ın mərkəz müdafiəçisi Roben Le Norman karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, arxa xətt oyunçusunu sıralarına cəlb etməyi hədəfləyən "Atletiko Madrid" artıq Le Normanın klubu ilə danışıqlara başlayıb. Mənbə sözügedən futbolçunun müqaviləsində əksini tapan sərbəstqalma məbləğinin 50 milyon avro olduğunu, "Atletiko"nun isə qiyməti 30 milyon avroya endirməyə çalışdığını vurğulayıb.

27 yaşlı Le Norman 2016-cı ildən "Real Sosyedad"ın formasını geyinir. Geridə qalan mövsümdə bütün turnirlərdə 43 matça çıxan stopper 2 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər