İspaniya nəhəngi dünya çempionu ilə güclənir

İspaniya nəhəngi dünya çempionu ilə güclənir

Argentinalı hücumçu Xulian Alvares “Mançester Siti” ilə yeni müqaviləylə bağlı razılığa gələ bilmir.

Fanat.Az xəbər verir ki, Qətərdə keçirilən mundialında parlayan oyunçunun xidmətində maraqlı olan “Barselona” bu durumdan yararlanmağa çalışır. 

Bu barədə "El Mundo Deportivo" məlumat yayıb. Mənbənin iddiasına görə, kataloniyalılar onu sonradan birdəfəlik transfer etmək şərti ilə, icarəyə götürməkdə maraqlıdırlar.

Xatırladaq ki, Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir və o, ötən ildən “Mançester Siti”də çıxış edir. Alvares DÇ-2022-də 4 qol vuraraq komandasının dünya çempionluğunda əsas pay sahiblərindən olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər