İspaniya nəhəngi argentinalı ulduza elçi düşdü

İspaniya nəhəngi argentinalı ulduza elçi düşdü

"Barselona" hücum potensialını gücləndirmək üçün axtarışdadır. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu "İnter"də çıxış edən argentinalı hücumçu Lautaro Martinesi əldə etməyə çalışır.

İnformasiyanı "Todofichajes" yayıb. Mənbənin məlumatına görə, "blauqrana" tezliklə "neradzurri" ilə danışıqlara başlayacaq.  Martinesin potensial transfer dəyərinin 80-90 milyon avro olacağı gözlənilir.

Lautaronun "İnter"lə 2026-cı ilin yayına qədər müddətə müqaviləsi var. 

26 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümündə 9 oyun keçirib, 11 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər