İspaniya milli komandasının və Almaniyanın "Layptsiq" klubunun futbolçusu Dani Olmo vətənində tətildə olarkən əsl dram yaşayıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yaşlı futbolçu bərbər salonundan çıxandan sonra küçədə hücuma məruz qalıb və qarət edilib.
Hadisə Olmonun qardaşı və ailəsi ilə birgə tətildə olduğu Valensiyada baş verib. İddiaya görə, bu, pusqu olub. Qarətçilər onu bir müddət izləyiblər və oğurluq üçün uyğun anı gözləyiblər. Olmonun 30 min avro dəyərində saatı oğurlanıb. Soyğunçuların qaçmasının qarşısını alarkən futbolçunun qardaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun ciddi xəsarət almadığı bildirilir. Mirağa