"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis İngiltərə nəhənglərinin transfer siyahısına düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə "Mançester Yunayted" və "Arsenal"ın İspaniya millisinin 26 yaşlı üzvünü transfer etmək uğrunda ciddi rəqabət apardıqlarını açıqlayıb.
2018-ci ildən "Napoli"də çıxış edən Ruis "Real Betis"in yetirməsidir. Neapol təmsilçisində keçirdiyi dörd ildə ümumilikdə 166 matça çıxan futbolçu 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat