Dieqo Kosta Çinə yollana bilər.
Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, "Tyantszin Tsyuantszyan” klubu Madrid "Atletiko”sunun hücumçusuna təklif hazırlayır. İspaniya millisinin 30 yaşlı forvardının meneceri Jorje Mendeş artıq "Atletiko” rəhbərliyinə bu haqda məlumat verib. O, La Liqa təmsilçisinin rəsmiləri ilə görüş zamanı müştərisinin gedə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Braziliya əsilli Kosta bir neçə həftə öncə sol ayağından zədə alıb. 3 gün öncə İspaniya mətbuatında onun əməliyyat olunacağı ilə bağlı informasiyalar yayılmışdı.
Fanat.Az