İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, İspaniya Futbol Federasiyası komandanı Julen Lopeteqiyə həvalə edib.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 49 yaşlı mütəxəssislə anlaşma əldə olunub. O, bu postda Avropa çempionatından sonra istefa verən Visente Del Boskeni əvəzləyəcək.
Futbolçu karyerası ərzində "Real", "Las Palmas", "Loqrones", "Barselona" və "Rayo Vallekano"da çıxış edən Julen Lopeteqi İspaniya çempionluğunu (1 dəf), kubokunu (1), Super Kubokunu (4) və Avropa Kubokunlar Kubokunu (1) qazanıb.
2002-ci ildə futbolçu karyerasını başa vuran Julen Lopeteqi məşqçiliyə 2003-cü ildə İspaniyanın U-17 millisində köməkçi-məşqçi kimi başlayıb. Daha sonra isə ardıcıl olaraq "Rayo Vallekano"nu və "Real"ın B komandasını çalışdırıb. O, 2010-2013-cü iddərdə paralel olaraq İspaniyanın U-19 və U-20, 2012-2014-cü illərdə U-21 yığmasına başçılıq edib. Onuns son iş isə "Portu" olub (2014-2016).
Fanat.az