İspaniya millisi Avropa çempionatında keçirəcəyi ilk oyundan öncə şok qalmaqalla gündəmə gəlib. Fanat.az xəbər verir ki, David de Xea, Muniain və İskonun adı seks qalmaqalında hallandırılır.
Məsələ burasındadı ki, hər üç futbolçu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girməkdə günahlandırılırlar. Adı açıqlanmayan bir qadın insan qaçaqçıları haqqında polisə şikayət edərkən futbolçuların da adını hadisə iştirakçısı kimi qeyd edib. Qadın iddia edir ki, Muniainlə De Xea onu istəmədiyi şeylərə məcbur edib. Bu səbəbdən futbolçulara kömək edən bir nəfər də həbs olunub.
İddiaya görə hadisə 2012-ci ildə Madridin 5 ulduzlu otellerinin birində baş verib. De Xea porno prodüseri Torbedən hazırladığı parti üçün bir seks işçisi gətirməsini istəyib. Prosüser isə öz növbəsində qadına yaxşı pul qazanacağını vəd edib. Həmin partidə İspaniyanın U-21 millisinin adı açıqlanmayan üzvü də iştirak edib. Bu hadisədən sonra De Xeanın millidən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, D qrupunda mübarizə aparan İspaniya ilk oyununu iyunun 13-də Çexiya millisinə qarşı keçirəcək.
Fanat.az