İspaniya millisində ciddi itki - Ulduzu startda olmayacaq

İspaniya millisində ciddi itki - Ulduzu startda olmayacaq

İspaniya millisinin müdafiəçisi Emerik Laport AÇ-2024-də Xorvatiya ilə keçiriləcək oyunda komandasına kömək etməyəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə mətbuat konfransında məlumat çatdıran ispanların sükançısı Luis de la Fuente belə deyib:

“O, zədəli deyil, amma bəzi problemləri var. Biz onu riskə atmamaq qərarına gəldik. Dəqiqdir ki, o, sabah oynamayacaq”. 

Xatırladaq ki, İspaniya millisi AÇ-2024-ə bu gün, iyunun 15-də start verəcək. İspanlar turnirdəki ilk oyununda 2018 və 2022-ci illərdə keçirilən son iki dünya çempionatının mükafatçısı olan Xorvatiya millisi ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər