İspaniya millisində bir tarix qapandı

İspaniya millisində bir tarix qapandı

İspaniya millisi baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, komandanın çalışdırıcısı Visente Del Boske istefa verib.

Buna səbəb komandanın "AVRO-2016"da uğursuz çıxışı olub. 1/8 finalda İtaliyaya uduzan komandanın çalışdırıcısı 8 illik postundan ayrılıb.

Bu barədə Del Boske özü RNE-yə açıqlamasında bildirib: "Milli komandadan ayrılmaq qərarına gəldim. Bu qərarım Avropa çempionatındakı çıxışımızla bağlı deyildi. Qərarımı əvvəldən vermişdim".

"Marka"nın məlumatına görə, İspaniya millisinin baş məşqçi postuna "Sevilya" və "Atletiko"nun sabiq baş məşqçisi Joaquin Kaparros gətiriləcək.

Qeyd edək ki, Del Boske 2008-ci ildən çalışdırdığı İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub. 65 yaşlı mütəxəssis millidən əvvəl İspaniyanın "Real" və Türkiyənin "Beşiktaş" klublarını çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər