İspaniya millisi Gürcüstanda acınacaqlı duruma düşdü

İspaniya millisi Gürcüstanda acınacaqlı duruma düşdü

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Gürcüstan yığması ilə üz-üzə gələcək İspaniya seçməsi acınacaqlı vəziyyətə düşüb.

Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, "buğalar"  Tbilisiyə uçarkən içərisində futbolçuların butsları və qapıçı əlcəkləri olan çantanı itirib.

Xəbərə görə, Piriney təmsilçisi məşqə idman zalı üçün nəzərdə tutulan ayaqqabılarla çıxmaq məcburiyyətində qalıb.

"Boris Payçadze" stadionunda baş tutacaq Gürcüstan - İspaniya qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.

İlk iki oyuna 3 xal toplayan İspaniya yer aldığı A qrupunda 4-cü, 4 xala malik Gürcüstan isə 2-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər