İspaniya məhkəməsi Neymarla bağlı hökm çıxardı

İspaniya məhkəməsi Neymarla bağlı hökm çıxardı

İspaniya məhkəməsi "Santos"dan "Barselona"ya keçərkən fırıldaqçılığa yol verməkdə ittiham edilən Neymar və digər şəxslərlə bağlı hökm çıxarıb.

Fanat.Az-ın məlumatına görə, məhkəmə bütün müttəhimlərə bəraət verib.

Bu isə o deməkdir ki, Neymarı, onun valideynlərini, "Santos" və "Barselona"nın sabiq prezidentlərini maliyyə fırıldaqçılığında günahlandıran Braziliyanın DIS şirkəti istəyinə çatmayıb. 

Qeyd edək ki, DIS sözügedən şəxsləri 2013-cü ildəki transfer zamanı məbləği gizlətməkdə və saxta müqavilə sənədi hazırlamaqda günahlandıraraq məhkəməyə vermişdi. Əvvəl PSJ-nin ulduzunun 5 il müddətinə həbs olunmasını tələb edən şirkət sonradan cəzanın 2,5 ilə endirilməsini istəmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər