İspaniya klubu "Mançester Yunayted"ə rəsmi təklif göndərdi

İspaniya klubu "Mançester Yunayted"ə rəsmi təklif göndərdi

"Mançester Yunayted"in hücumçusu Antoni Marsyal karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Sevilya" sözügedən İngiltərə klubuna onu icarəyə götürmək üçün rəsmi təklif göndərib.

Əndəlüs təmsilçisi icarə müqaviləsi başa çatandan sonra futbolçunun transfer hüquqlarına yiyələnməklə bağlı öhdəlik götürmək istəmədiyi üçün MY qarşı tərəfə konkret cavab verməyib.

Daha öncə "qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik 26 yaşlı Marsyalın komandanı tərk etmək istədiyini açıqlamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər