İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
Fanat.Az xəbər verir ki, çempionatın geridə qalan 8 turunda qələbə üzü görməyən "Levante"nin çalışdırıcısı Pako Lopes qovulub.
Məlumatı klubun rəsmi saytı yayıb.
54 yaşlı mütəxəssis 2018-ci ildən Valensiya komandasında əsas söz sahibi idi.
Qeyd edək ki, 4 məğlubiyyət və 4 heç-heçəsi olan "Levante" hazırda turnir cədvəlində 18-ci pillədədir.
Nihat