İspaniya klublarından Mahir Emreliyə təklif

İspaniya klublarından Mahir Emreliyə təklif
"Qarabağ"ın və milli komandamızın üzvü Mahir Emreliyə İspaniyadan təkliflər var.
Fanat.Az xəbər verir ki, bu barədə "Besoccer" məlumat yayıb. İddiaya görə, İspaniyanın 1-ci liqasında çıxış edən bir neçə klub 22 yaşlı futbolçunun xidmətində maraqlıdı. Həmin klubların adları açıqlanmır.
Bildirilir ki, ispan klubları Mahirin oyununu 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Atletiko" oyunlarında bəyəniblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər