İspaniya höküməti Avropa Super Liqasının əleyhinə çıxdı

İspaniya höküməti Avropa Super Liqasının əleyhinə çıxdı

İspaniya höküməti Avropa Super Liqası layihəsinə qarşı çıxıb. 

Fanat.Az xəbər verir ki, bu barədə ölkənin tanınmış nəşri olan "Marca" məlumat yayıb. 

Xəbərə görə, krallıq UEFA-nı dəstəkləyib və Avropa Birliyi məhkəməsinə Super Liqa ilə mübarizə üçün məktub yollayıb. 

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar.

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər