AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında daha 8 qarşılaşma baş tutub.
C qrupunda son Avropa çempionu İspaniya Lüksemburqu qəbul edib. 3 gün əvvəl Slovakiyaya uduzan ispanlar bu dəfə darmadağına sevinib - 4:0. Qrupun digər oyunlarında Ukrayna Makedoniyanı 1:0, Slovakiya Belarusu 3:1 hesabı ilə yenib.
E qrupunda İngiltərə səfərdə Estoniyanı minimal hesabla üstələyib - 1:0. Qrupun digər matçında Sloveniya Litvanı 2:0 hesabı ilə məğlub edib.
G qrupunda Rusiya Moldovanı qəbul edib. Oyunda 2 qol vurulub və tərəflər hərəyə bir xal qazanıb - 1:1. Avstriya evdə Çernoqoriyanı 1:0 hesabı ilə udub. Qrupun digər matçında isə İsveç Lixtenşteyni yenib - 2:0.
AVRO-2016
Seçmə mərhələ
12 oktyabr
C qrupu
Ukrayna - Makedoniya 1:0
Qol: Sergey Sidorçuk, 45+2.
Belarus - Slovakiya 1:3
Qollar: Timofey Kalaçev, 79 - Marek Hamşik, 65; 84. Stanislav Sestak, 90+1.
Lüksemburq - İspaniya 0:4
Qollar: David Silva, 27. Pako Alkaker, 42. Dieqo Kosta, 69. Xuan Bernat, 88.
| 1 | Slovakiya | 3 | 3 | 0 | 0 | 6-2 | 9 |
| 2 | İspaniya | 3 | 2 | 0 | 1 | 10-3 | 6 |
| 3 | Ukrayna | 3 | 2 | 0 | 1 | 3-1 | 6 |
| 4 | Makedoniya | 3 | 1 | 0 | 2 | 4-8 | 3 |
| 5 | Belarus | 3 | 0 | 1 | 2 | 2-6 | 1 |
| 6 | Lüksemburq | 2 | 0 | 1 | 2 | 3-8 | 1 |
E qrupu
Estoniya - İngiltərə 0:1
Qol: Ueyn Runi, 74.
Qırmızı vərəqə: Raqnar Klavan, 48.
Litva - Sloveniya 0:2
Qollar: Milivoye Novakoviç, 33; 37.
| 1 | İngiltərə | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
| 2 | Sloveniya | 3 | 2 | 0 | 1 | 3-1 | 6 |
| 3 | Litva | 3 | 2 | 0 | 1 | 3-2 | 6 |
| 4 | Estoniya | 3 | 1 | 0 | 2 | 1-2 | 3 |
| 5 | İsveçrə | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
| 6 | San Marino | 2 | 0 | 0 | 2 | 0-7 | 0 |
G qrupu
Avstriya - Çernoqoriya 1:0
Qol: Rubin Okotie, 24.
Rusiya - Moldova 1:1
Qollar: Artyom Cyuba, 73-pen - Aleksandru Epureanu, 74.
İsveç - Lixtenşteyn 2:0
Qollar: Erkan Zengin, 34. Cimmi Durmaz, 46.
| 1 | Avstriya | 3 | 2 | 1 | 0 | 4-2 | 7 |
| 2 | Rusiya | 3 | 1 | 2 | 0 | 6-2 | 5 |
| 3 | İsveç | 3 | 1 | 2 | 0 | 4-2 | 5 |
| 4 | Çernoqoriya | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
| 5 | Moldova | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |
| 6 | Lixtenşteyn | 3 | 0 | 1 | 2 | 0-6 | 0 |
Fanat.az