İspaniya 96 il idi ki, meydana belə "11-lik"lə çıxmırdı

İspaniya 96 il idi ki, meydana belə "11-lik"lə çıxmırdı

Millətlər Liqasının 4-cü turunda Serbiya seçməsini 3:0 hesabı ilə darmadağın edən İspaniya yığması maraqlı göstərici ilə diqqət çəkib.

Fanat.Az "Mister Chip"ə istinadən xəbər verir ki, 104 illik tarixi olan "buğalar"ın start heyətində son 96 ildə ilk dəfə "Barselona", "Real Madrid" və "Atletiko Madrid"in futbolçuları olmayıb.

İspaniya ümumilikdə 4 dəfə "start 11-lik"də yerli nəhənglərin oyunçularına şans vermədən meydana çıxıb ki, bunun da 3-ü 1928-ci ildə keçirilən Olimpiya Oyunlarına təsadüf edib. Həmin vaxt komandada yalnız bask klublarının futbolçuları yer alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər