İsmayıl Jakobsdan fədakar addım: "Xahiş edirəm, məni oynatmayın"

İsmayıl Jakobsdan fədakar addım: "Xahiş edirəm, məni oynatmayın"

"Qalatasaray"ın seneqallı müdafiəçisi İsmayıl Jakobs klubuna olan bağlılığını maraqlı bir hərəkətlə nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, Yakobs Seneqal milli komandasının Qambiya ilə keçirəcəyi matçdan əvvəl baş məşqçisinə müraciət edib.

O, "Hocam, həftə sonunda "Trabzonspor"la çox vacib oyunumuz var. Xahiş edirəm, məni bu matçda oynatmayın" deyərək xahiş edib.

Bu barədə insayder Ali Naci Küçük məlumat yayıb.

Baş məşqçi futbolçunun bu istəyini müsbət qarşılayıb və o, Qambiya ilə qarşılaşmada meydanda yer almayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər